6°C Bakı
1$ = 1.70₼
MƏHKƏMƏ

Məhkəmə Bolsonarudan çirkli pulların yuyulması işi çərçivəsində pasportunu təhvil verməyi tələb edib

27-oktyabr-2026, 12:59
Məhkəmə Bolsonarudan çirkli pulların yuyulması işi çərçivəsində pasportunu təhvil verməyi tələb edib
Yazı Ölçüsü:

Braziliyanın keçmiş prezidenti Jair Bolsonarunun oğlu Flavio Bolsonarunun ölkədən çıxışına məhdudiyyət qoyulub.

"PostMedia" xəbər verir ki, bu barədə oktyabrın 26-da "G1" xəbər portalı məlumat yayıb.

“Ali Federal Məhkəmənin hakimi Flavio Bolsonarunun pasportlarını təhvil verməsini əmr edib”, – deyə nəşrdə bildirilir.

Tələb diplomatik pasporta da şamil olunur.

Braziliyada federal polisin iştirakı ilə araşdırma aparılır və Bolsonaru işin əsas fiqurlarından biri hesab olunur. O, vəkil Uiler Tomasla birlikdə çirkli pulların yuyulması sxemində iştirak etməkdə şübhəli bilinir.

Müvafiq məhkəmə icazəsini aldıqdan sonra hüquq-mühafizə orqanları vəkilin telefonundakı məlumatları, o cümlədən elektron mesajları, məktubları və digər məlumatları araşdırıblar. Materialların təhlili zamanı Tomasla Bolsonaru arasında maliyyə əlaqələrinin olduğuna dair sübutlar aşkarlanıb.

R7 portalı oktyabrın 26-da məlumat yayıb ki, kiçik Bolsonaru prezident seçkilərinin nəticələrinin ləğvinə nail olmaq niyyətindən imtina edib. Bunun əvəzinə Flavio Bolsonaru hazırkı dövlət başçısı Luis İnasio Lula da Silvanın qələbəsinə məhkəmə yolu ilə etiraz etmək niyyətindədir.

G1 telekanalı həmin gün bildirib ki, Lula da Silva prezident seçkilərinin ikinci turunda qalib gələrək dördüncü müddətə yenidən seçilib. Flavio Bolsonaru isə ölkədə prezident seçkilərinin nəticələrini tanımaqdan imtina edib. O, həmçinin Ali Məhkəmənin hakimi Kristianu Zanin tərəfindən səsvermə müddətinin iki saat uzadılması barədə qəbul edilən qərarı “qəbuledilməz” adlandırıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031