6°C Bakı
1$ = 1.70₼
XARİCİ XƏBƏRLƏR

Putin və Pezeşkian energetika sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

28-oktyabr-2026, 02:58
Putin və Pezeşkian energetika sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Yazı Ölçüsü:

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian energetika sahəsində əməkdaşlığın genişləndirilməsini, o cümlədən neft və qaz sahəsində qarşılıqlı fəaliyyətin inkişafını müzakirə edib.

"PostMedia" xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.

İran prezidentinin mətbuat xidmətinin bildirdiyinə görə, liderlərin müzakirə etdiyi məsələlər sırasında energetika əməkdaşlığı, neft və qaz sahəsində qarşılıqlı fəaliyyətin inkişafı və iqtisadi mübadilələrin genişləndirilməsi olub. Bundan əlavə, birgə layihələrin irəli aparılması üçün tərəflərin malik olduğu potensialdan istifadə imkanları da gündəmə gətirilib.

Mətbuat xidmətinin məlumatına görə, Putin və Pezeşkian ikitərəfli münasibətləri də müzakirə edib. Tərəflər siyasi və ticarət-iqtisadi əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031