İranın xarici işlər naziri Abbas Araqçi ölkəsinin diplomatik təşəbbüslərin uğurla nəticələnməsi üçün vasitəçilərlə əlaqələri davam etdirəcəyini bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Agentliyin ingiliscə xəbərinə görə, Araqçi Tehranın ABŞ ilə 7 günlük planın icrası məqsədilə vasitəçilərlə danışıqlar apardığını açıqlayıb. Planın təfərrüatları barədə məlumat verilməyib.
Nazir bildirib ki, İran diplomatik yolla həll axtarışını davam etdirir. Eyni zamanda onun sözlərinə görə, ölkənin silahlı qüvvələri İranı müdafiə etməyə hazırdır.