6°C Bakı
1$ = 1.70₼
MALİYYƏ-BİZNES

Fed əsas faiz dərəcəsini 3,75-4 faiz intervalında dəyişməz saxlayıb

29-oktyabr-2026, 08:51
Fed əsas faiz dərəcəsini 3,75-4 faiz intervalında dəyişməz saxlayıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

ABŞ Federal Ehtiyat Sistemi (Fed) əsas faiz dərəcəsini 3,75-4 faiz intervalında dəyişməz saxlayıb.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, qərar Federal Açıq Bazar Komitəsinin (FOMC) çərşənbə günü başa çatan iclasının yekunlarına əsasən açıqlanıb.

Qərar 10-2 səs nisbəti ilə qəbul edilib. Komitənin iki üzvü Lisa Kuk və Bet Hammak dərəcənin 25 baza punkt artırılmasının tərəfdarı olaraq qərara qarşı səs verib.

Komitənin açıqlamasında inflyasiyanın yüksək səviyyədə qalmaqda davam etdiyi qeyd olunur. Anadolu Agentliyi Fedin qərarının gözləntilərə uyğun olduğunu bildirib.

CNBC-nin məlumatına görə, səsvermədə iştirak edən 12 üzvdən ikisi qərarla razılaşmayıb. Hər ikisi dərəcənin dörddə bir faiz bəndi artırılmasını istəyib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031