6°C Bakı
1$ = 1.70₼
XARİCİ XƏBƏRLƏR

Melaniya Tramp Aleşki əməliyyatının sülhə töhfə verəcəyinə ümid edir

29-oktyabr-2026, 21:48
Melaniya Tramp Aleşki əməliyyatının sülhə töhfə verəcəyinə ümid edir
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

ABŞ-nin birinci xanımı Melaniya Tramp Xerson vilayətinin Aleşki şəhərində keçirilən humanitar əməliyyatın Rusiya ilə Ukrayna arasında uzunmüddətli sülhün əldə olunmasına kömək edəcəyinə ümid etdiyini bildirib.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp bu fikirləri yazılı açıqlamasında səsləndirib.

"Qoy bu humanitar missiya əzablara son qoysun və Rusiya ilə Ukrayna arasında möhkəm sülh fəslinin başlanğıcı olsun", — deyə Tramp yazıb.

Rusiya mediasının, o cümlədən "TASS"-ın yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan Xerson istiqamətində sakitlik rejimi tətbiq edib. Bu addım Aleşkidə humanitar əməliyyatın hazırlığı ilə əlaqələndirilir.

Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova "Rossiya 24" telekanalının efirində bildirib ki, sakitlik rejimi tam qorunur və bu müddətdə heç bir insident qeydə alınmayıb.

"France 24" isə ukraynalı rəsmiyə istinadən yazır ki, humanitar missiya Aleşkiyə daxil olmağa hazırlaşır. Nəşrin məlumatına görə, ABŞ-nin birinci xanımının vasitəçiliyi ilə Kiyev və Moskva arasında razılaşdırılan yerli atəşkəs üçüncü gündür qüvvədədir.

Rusiya qoşunlarının nəzarətində olan şəhərdə təxminən 2 min sakinin təcrid olunduğu qeyd edilir. Missiyanın tərkibi və daşıyacağı yardımın həcmi barədə təfərrüat açıqlanmayıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031