6°C Bakı
1$ = 1.70₼
XARİCİ XƏBƏRLƏR

Nikol Paşinyan TRIPP sualına cavab verdi: "Cavabları sənədlərdə axtarın"

28-oktyabr-2026, 23:00
Nikol Paşinyan TRIPP sualına cavab verdi: "Cavabları sənədlərdə axtarın"
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə TRIPP layihəsi ilə "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin konsessiya idarəçiliyi arasındakı fərqlə bağlı suala cavab verərkən sənədlərə istinad edib.

"PostMedia" xəbər verir ki, Paşinyan bu sözləri çərşənbə günü Milli Məclisdə hökumətlə keçirilən sual-cavab sessiyası zamanı səsləndirib.

Müxalifət deputatı Artur Xaçatryan soruşub ki, "Cənubi Qafqaz Dəmir Yolu" ilə konsessiya idarəçiliyi müqaviləsində TRIPP ("Beynəlxalq Sülh və Çiçəklənmə üçün Tramp Marşrutu") layihəsi sazişindəki suverenliyə istinad, maneəsiz hərəkət və digər müddəalar əksini tapıbmı. O, ötən il avqustun 8-də Vaşinqtonda sənədlərin imzalanması zamanı Donald Trampın bu layihəyə münasibətdə "xüsusi tranzit zonası" ifadəsini işlətdiyini də xatırladıb.

Sual Baş nazirin müavini Mher Qriqoryana ünvanlansa da, cavabı Paşinyan verib. O, Ermənistanın bütün ərazisinin istənilən layihə üçün istifadə oluna biləcəyini bildirib.

"Dəmir yolu niyə oradan keçir? Çünki əvvəllər oradan yol keçirdi. Boru kəməri başqa marşrutla da keçə bilər: Gegharkunik, Tavuş vilayətləri ilə. Mher Qriqoryanın çatdırmağa çalışdığı fikir budur", — deyə Paşinyan TRIPP layihəsi üçün nəzərdə tutulan zolağın eni ilə bağlı əvvəlki suala istinad edərək bildirib.

Baş nazir Trampın sözlərinə də münasibət bildirib. Onun sözlərinə görə, bu bəyanatlardan sonra danışıqlar aparılıb, mətn razılaşdırılıb və ratifikasiya edilib.

"Kimin nə dediyinin nə əhəmiyyəti var? Şifahi nitq başqadır, imzalanmış sənəd başqa. Cavabları sənədlərdə axtarmaq lazımdır", — deyə Paşinyan vurğulayıb.

Xaçatryan sualını təkrarlayaraq "Cənubi Qafqaz Dəmir Yolu" ilə bağlı sazişdə suverenliyin və maneəsiz keçidin xatırlanıb-xatırlanmadığını yenidən soruşub. "News.am"ın qeyd etdiyinə görə, Paşinyan cavabı əslində zarafata çevirərək bildirib ki, "Cənubi Qafqaz Dəmir Yolu" ilə gedəndə yol gec-tez bitir və TRIPP-dən fərq məhz buradadır.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031