6°C Bakı
1$ = 1.70₼
XARİCİ XƏBƏRLƏR

Peskov: "Abu-Dabi görüşündə qarşılıqlı təhlükəsizlik təminatları müzakirə olunacaq"

29-oktyabr-2026, 00:21
Peskov: "Abu-Dabi görüşündə qarşılıqlı təhlükəsizlik təminatları müzakirə olunacaq"
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrda Abu-Dabidə keçirilməsi planlaşdırılan Rusiya-ABŞ-Ukrayna üçtərəfli görüşündə qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirə olunacağını bildirib.

"PostMedia" xəbər verir ki, Peskov bu fikirləri "İzvestiya" qəzetinə müsahibəsində səsləndirib.

"Təhlükəsizlik təminatları qarşılıqlı ola bilər və olmalıdır. Nəzərdə tutulur ki, bu barədə noyabrda Abu-Dabidə keçiriləcək üçtərəfli formatda danışılacaq", — deyə Peskov bildirib.

Kreml sözçüsü Ukrayna Prezidenti Volodimir Zelenskinin bu mövzuda səsləndirdiyi fikrə də münasibət bildirib. Zelenskinin sözlərinə görə, tənzimləmə zamanı Rusiyanın da təhlükəsizlik təminatları olmalıdır.

"O deyir ki, tənzimləmə zamanı Rusiyanın da təhlükəsizlik təminatları olmalıdır. Bu, düzgün yanaşmadır", — deyə Peskov vurğulayıb.

Rusiya mediasının məlumatına görə, görüşün dəqiq tarixi hələ açıqlanmayıb. Peskov jurnalistlərin sualına cavabında tarix müəyyən olunan kimi bu barədə məlumat veriləcəyini deyib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə tarixin tezliklə elan ediləcəyini, Moskvanın görüşün noyabrın ortalarında keçiriləcəyindən çıxış etdiyini bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031