6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Şou

Ceyms Bond rolu üçün sınaq çəkilişlərində üç aktyor ön plana çıxıb

Ceyms Bond rolu üçün sınaq çəkilişlərində üç aktyor ön plana çıxıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

“Agent 007” rolunun yeni ifaçısı üçün üç britaniyalı aktyor - Cek Louden, Kallum Törner və Coş O'Konnor - namizədlər arasında önə çıxıb.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, üç aktyor ötən həftə sınaq çəkilişlərində iştirak edib.

"Ceyms Bond" seriyasının növbəti filminin rejissoru "Dune" filmlərindən tanınan Deni Vilnövdür. Əgər son anda sürpriz bir ad seçilməsə, rolu bu üç aktyordan biri alacaq. Dördüncü namizədin olduğu barədə də söhbətlər gedir.

Deniel Kreyq Bond rolunu 2006-cı ildə "Casino Royale" filmi ilə Pirs Brosnandan sonra namizəd olub. O, "Ölmək üçün vaxt yoxdur" ("No Time to Die", 2021) filmi ilə rola vida edib. Bu müddətdə Ceykob Elordi, Aaron Teylor-Conson, Harris Dikkinson, Pol Meskal və Nikolas Holt kimi aktyorların adları da hallanıb. Üç finalçı eyni yaşdadır - hər üçü 36 yaşındadır.

Cek Louden 1990-cı il iyunun 2-də İngiltərənin Çelmsford şəhərində anadan olub, uşaqlığı isə Şotlandiyada keçib. O, "Müharibə və sülh" (War & Peace), "Dunkirk", "Şotlandiya kraliçası Meri" (Mary Queen of Scots) layihələri ilə tanınıb. Aktyor "Yüzüklərin hökmdarı: Qüdrət üzükləri" serialında da çəkilib və "Qürur və qərəz" ("Pride and Prejudice") yeni ekran versiyasında cənab Darsi rolunu oynayıb. Serialın ilin sonunda yayımlanması gözlənilir.

Loudeni Bond namizədləri sırasına çıxaran əsas layihə "Slow Horses" serialı sayılır. Orada o, MI5-ın uğursuz agentlərindən ibarət komandanın üzvü River Kartrayti canlandırır. Bu rola görə aktyor "Emmy", "Qızıl Qlobus" və BAFTA namizədliyi qazanıb.

Kallum Törner 1990-cı il fevralın 15-də Londonda doğulub. Boyu 1,87 metrdir və klassik Bond obrazına ən yaxın namizəd hesab edilir. Ənənəvi aktyorluq təhsili almayıb: 18 yaşında modellikdən başlayıb, sonra aktyorluğa keçib.

Törner "Fantastik canavarlar" ("Fantastic Beasts") seriyası ilə tanınıb. Həmin seriyadan tanıdığı David Heyman yeni Bond filminin prodüserlərindən biridir və bu, aktyora seçimdə üstünlük verə bilər. O, "The Capture" serialına görə BAFTA-ya namizəd olub, Ostin Batlerlə birlikte "Masters of the Air" serialında baş rolu bölüşüb. 2027-ci ildə yayımlanacaq "Neuromancer" serialında isə istedadlı haker Keysi canlandırmağa hazırlaşır.

Coş O'Konnor 1990-cı il mayın 20-də Sautgemptonda anadan olub. Aktyorluq təhsilini Bristol Old Vic Teatr Məktəbində alıb. O, "Peaky Blinders" və "Les Misérables" serialları ilə tanınıb, "The Crown" serialında Şahzadə Çarlzı canlandırmaqla populyarlaşıb. Bu rola görə "Emmy", "Qızıl Qlobus" və "Critics' Choice" mükafatlarını qazanıb.

Aktyor sonradan "Challengers" filmində Zendayya ilə, "Bıçaqlar çıxdı: Ölü adamın oyanışı" ("Wake Up Dead Man") filmində isə Deniel Kreyqlə birlikdə baş rolda çəkilib. Bu il ekranlara çıxan Stiven Spilberqin "Disclosure Day" elmi-fantastik filmi də onun karyerasında mühüm mərhələ sayılır. Üç namizəd arasında O'Konnor ənənəvi aksiyon ulduzu qəliblərinə ən az sığan aktyor kimi xarakterizə olunur.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30