6°C Bakı
1$ = 1.70₼
Şou

Endryu Teyt haqqında “Toxic Empire” sənədli serialı noyabrda ID kanalında

30-oktyabr-2026, 05:29
Endryu Teyt haqqında “Toxic Empire” sənədli serialı noyabrda ID kanalında
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Investigation Discovery (ID) kanalı Endryu və Tristan Teyt qardaşları haqqında dörd hissəli yeni sənədli serial hazırlayıb.

“PostMedia” xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.

Serial “Andrew Tate: Toxic Empire” adlanır. İki saatlıq premyera noyabrın 25-də, Şərq və Sakit okean vaxtı ilə saat 21:00-da ID kanalında olacaq. Sonrakı seriyalar həftənin çərşənbə günləri yayımlanacaq. Serial həmçinin HBO Max platformasında izlənilə biləcək. Kanal serialın treylerini də yayımlayıb.

Serialın rəsmi təsvirində deyilir ki, Endryu Teyt sərvət, sağlamlıq, kişi üstünlüyü və qadınlara münasibət barədə paylaşımlarla sosial şəbəkədə milyonlarla izləyici toplayıb. Serialda ilk tərəfdarlar, daxili şəxslər, iddia edilən sui-istifadə qurbanları və jurnalistlərlə müsahibələr yer alacaq.

Sənədli filmdə qardaşların kişi izləyicilərini necə cəlb etdikləri, veb-kamera biznesini necə qurduqları və “PhD” (Pimping Hoes Degree) adlı kursu araşdırılacaq. Bu kursun kişilərə qadınları məcburetmə üsulları ilə veb-kameraya cəlb etməyi öyrətdiyi və mənfəətin əsas hissəsinin özlərində saxlandığı iddia edilir.

Qardaşlar hazırda Florida ştatının Mayami şəhərində saxlanılır və Birləşmiş Krallığa ekstradisiyaya qarşı mübarizə aparırlar. Birləşmiş Krallıqda onlara təcavüz, insan alveri və digər cinayətlərlə bağlı ittihamlar irəli sürülür. Romuniyada da oxşar iş üzrə ittiham olunurlar. Bu ittihamlar hələ məhkəmədə sübuta yetirilməyib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031