6°C Bakı
1$ = 1.70₼
Cəmiyyət

Oktyabrın 31-də Bakıda əsasən yağmursuz hava olacaq

30-oktyabr-2026, 13:08
Oktyabrın 31-də Bakıda əsasən yağmursuz hava olacaq
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Oktyabrın 31-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutqun və əsasən yağmursuz keçəcək.

"PostMedia" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə yağış yağa bilər. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.

Ölkənin rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağış gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə qar yağa bilər. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 10-14, gündüz 17-21 dərəcə isti, dağlarda isə gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031