ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens ABŞ ilə İran arasındakı qarşıdurmanın başa çatmayan "sonsuz müharibəyə" çevrilməyəcəyini bildirib.
"PostMedia" xəbər verir ki, Vens bu fikirləri cümə gününə keçən gecə "Fox News" telekanalının efirində səsləndirib.
"Əgər sizi başqa bir sonsuz müharibə ehtimalı narahat edirsə, İranla müharibə heç vaxt başqa bir sonsuz müharibəyə çevrilməyəcək", — deyə Vens vurğulayıb.
Vitse-prezident söz verib ki, ABŞ Prezidenti Donald Tramp buna imkan verməyəcək.