6°C Bakı
1$ = 1.70₼
Cəmiyyət

Noyabrda hava iqlim normasına yaxın, bəzi yerlərdə isə daha isti olacaq

30-oktyabr-2026, 16:09
Noyabrda hava iqlim normasına yaxın, bəzi yerlərdə isə daha isti olacaq
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Azərbaycanda 2026-cı ilin noyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

"PostMedia" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, aylıq yağıntının miqdarı da əsasən norma ətrafında olacaq, bəzi ərazilərdə isə normadan bir qədər çox ola bilər.

Xidmətin məlumatına görə, noyabrda ümumi atmosfer sirkulyasiyası dəyişir, tutqun və buludlu günlərin sayı artır. Soyuq hava kütlələri əraziyə tez-tez daxil olduğundan temperatur xeyli enir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 10-13 dərəcə isti olacağı gözlənilir. Gecələr 10-15, gündüzlər isə 16-21 dərəcə isti olacaq. Yağıntının miqdarı norma ətrafında, bəzi yerlərdə bir qədər çox olacaq (norma 28-38 mm).

Naxçıvanda orta aylıq temperatur 7-9 dərəcə isti proqnozlaşdırılır. Gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər isə 14-19 dərəcə isti olacaq. Yağıntının norması 18-28 mm təşkil edir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 5-9 dərəcə isti olacağı ehtimal olunur. Gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti olacaq. Yağıntının norması 27-34 mm-dir.

Şərqi Zəngəzur bölgəsinə daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında orta aylıq temperatur 6-9 dərəcə isti olacaq. Gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti gözlənilir. Yağıntının norması 34-35 mm-dir.

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər və Füzuli rayonlarında orta aylıq temperaturun 8-11 dərəcə isti olacağı ehtimal edilir. Gecələr 7-12, gündüzlər isə 15-20 dərəcə isti olacaq. Yağıntının norması 15-24 mm təşkil edir.

Balakən, Zaqatala, Qax, Şəki, Quba, Xaçmaz, Qusar, Şamaxı, İsmayıllı və ətraf rayonlarda orta aylıq temperatur 6-9 dərəcə isti olacaq. Düzənlik hissədə gecələr 4-9, gündüzlər 15-20 dərəcə isti, dağlarda isə gecələr 1-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta gözlənilir. Yağıntının norması 29-73 mm-dir.

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Mingəçevir, Sabirabad, Şirvan, Salyan, Neftçala və digər rayonlarda orta aylıq temperaturun 10-12 dərəcə isti olacağı gözlənilir. Gecələr 9-14, gündüzlər 16-21, bəzi günlərdə isə 24 dərəcə isti olacaq. Yağıntının norması 25-45 mm-dir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında orta aylıq temperatur 7-12 dərəcə isti olacaq. Gecələr 9-14, gündüzlər 15-20 dərəcə isti, dağlarda isə gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 1-4 dərəcə şaxta proqnozlaşdırılır. Bu bölgədə yağıntının norması 55-170 mm təşkil edir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031