6°C Bakı
1$ = 1.70₼
MALİYYƏ-BİZNES

ABB-nin digər maliyyə qurumlarına borcu 435 milyon manat artıb

30-oktyabr-2026, 14:47
ABB-nin digər maliyyə qurumlarına borcu 435 milyon manat artıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Azərbaycan Beynəlxalq Bankının (ABB) kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 2026-cı ilin ilk doqquz ayında 435,2 milyon manat artıb.

"PostMedia" xəbər verir ki, bankın maliyyə hesabatına əsasən, sentyabrın 30-na bu öhdəliklərin ümumi həcmi 1 milyard 766,5 milyon manata çatıb.

2025-ci ilin sonunda bu göstərici 1 milyard 331,3 milyon manat təşkil edirdi.

Hesabat dövründə bankın ümumi öhdəlikləri 11 milyard 422,2 milyon manatdan 13 milyard 794,9 milyon manata yüksəlib. Artım 2 milyard 372,7 milyon manat, yəni 20,8% olub.

Depozit portfeli isə 1 milyard 811,6 milyon manat və ya 20,4% artaraq 10 milyard 704,5 milyon manata çatıb.

Bankın müştərilərə verdiyi kreditlərin ümumi həcmi ilin əvvəlindən 774,2 milyon manat və ya 10,9% artaraq 7 milyard 854,1 milyon manat təşkil edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031