Hindistanlı müğənni və aktyor Dilcit Dosanc Nyu-Dehlidəki konsertində siyasi baxışlarına görə səslənən tənqidlərə cavab verib.
"PostMedia" "The Times of India"ya istinadən xəbər verir ki, sənətçi çıxışı zamanı ilk növbədə sənətkar olduğunu vurğulayıb və konsertdə iştirak edən hər kəsi dəstəklədiyini bildirib.
Dosanc insan haqları müdafiəçisi Casvant Sinq Xalranın həyatına həsr olunmuş filmini də müdafiə edib. Bu film bəzi tənqidçilər tərəfindən ələ salınmışdı.
"Cockroach Janta Party" üzvü Abhicit Dipke isə sosial şəbəkədə Dosanca müraciət edərək aralarındakı fikir ayrılığına münasibət bildirib.
Foto: The Times of India