Polşada Konstitusiya Məhkəməsi ətrafında yaranan böhran istefalara və etiraz aksiyalarına səbəb olub.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, məhkəmənin sədri Bogdan Şvençkovski və sədr müavini Bartlomey Soxanskinin vəzifələrindən kənarlaşdırıldığı elan edildikdən sonra məhkəmə binasının qarşısında aksiya başlayıb. Polis binanı mühasirəyə alıb, vəziyyət gərginləşib.
Prezident Karol Navrotski ölkədə konstitusiya quruluşunun pozulduğunu bildirib. O, Konstitusiya Məhkəməsinin zorla ələ keçirildiyini iddia edib və bunun Polşanın daxili təhlükəsizliyi üçün təhlükə yaratdığı barədə xəbərdarlıq edib. Navrotski vəziyyətlə bağlı fövqəladə müzakirələr çağırıb.
Polşanın Ədliyyə naziri Valdemar Jurek isə Konstitusiya Məhkəməsi ətrafında vəziyyətin sabitləşdiyini bildirib. Nazir hakimlərin qərarlarını özü üçün inandırıcı hesab etdiyini də deyib.
Böhran Donald Tusk hökuməti ilə prezident Navrotski arasındakı anlaşmazlığın fonunda yaranıb. Tərəflər Konstitusiya Məhkəməsinin statusu və rəhbərliyi məsələsində fərqli mövqe nümayiş etdirir.