6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

SAĞLAMLIQ

Moskva vilayətində meymun çiçəyinin yeni növü aşkar edilib

Moskva vilayətində meymun çiçəyinin yeni növü aşkar edilib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Moskva vilayətindəki Domodedovo xəstəxanasında meymun çiçəyi ilə yoluxmanın yeni növü aşkar edilib.

"PostMedia" xəbər verir ki, bu barədə xəstəxananın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, infeksiya şöbəsinə diaqnozu təsdiqlənmiş 38 yaşlı kişi yerləşdirilib.

Qeyd olunur ki, bir ay ərzində bu, meymun çiçəyi ilə üçüncü hospitalizasiya hadisəsidir. Son iki ildə isə Domodedovo xəstəxanasında belə hallar səkkiz dəfə qeydə alınıb.

Pasiyent qızdırma, dəridə səpgilər və limfa düyünlərinin böyüməsi şikayətləri ilə xəstəxanaya daxil olub. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir, sistemli müalicə alır.

Rospotrebnadzorun əməkdaşları xəstə ilə təmasda olanları və yoluxma mənbəyini müəyyən etmək üçün epidemioloji araşdırma aparırlar.

Oktyabrın 17-də Rospotrebnadzor Sankt-Peterburq və Leninqrad vilayətində meymun çiçəyi halı ilə bağlı beş nəfərin xəstəxanaya yerləşdirildiyini bildirmişdi. Hamısında diaqnoz təsdiqlənib, hazırda onlar xəstəxanadan çıxarılıblar. Moskva vilayətində isə meymun çiçəyindən şübhələnilən daha beş nəfər hospitalizasiya edilib.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30