Londonun "InterContinental Exchange" (ICE) birjasında keçirilən hərrac zamanı "Brent" markalı neftin dekabr fyuçersləri üzrə 1 bareli 117,64 ABŞ dollarına təklif edilib.
"PostMedia" xəbər verir ki, bu, əvvəlki günün qiyməti ilə müqayisədə 2,76 dollar və ya 2,4 % bahalaşma deməkdir.
Eyni zamanda, Nyu Yorkun "Nymex" birjasında satılan WTI (Qərbi Texas) markalı xam neftin bir barelinin qiyməti 104,12 ABŞ dolları olub. Bu da əvvəlki günlə müqayisədə 2,12 dollar və ya 2,08 % artım deməkdir.