Hindistanlı aktrisa Priyanka Çopra və ərı, müğənni Nik Conas Los-Ancelesdə Divali bayramı münasibətilə keçirilən yığıncaqda bir-birinə uyğun bayram geyimlərində iştirak ediblər.
"PostMedia" "The Times of India"ya istinadən xəbər verir ki, cütlük yaxınlarının əhatəsində ənənəvi bayram mərasimlərində iştirak edib.
Priyanka tədbirə naxışlı hind geyimində, saçında isə çiçəkli gajra ilə gəlib. Nik Conas isə krem və ağ çalarlı geyimi ilə onun görünüşünü tamamlayıb.
Aktrisa bayram günlərində həmçinin hind qadınlarının ənənəvi Karva Çauth mərasimini də qeyd edib. O, ailə ilə keçirdiyi xoş məqamları sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.
Priyanka Çopranın növbəti layihələri arasında hind kinosuna uzun fasilədən sonra qayıdışı da var. Aktrisa çoxdan gözlənilən "Varanasi" filmində çəkiləcək.