Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şuqayev bildirib ki, Rusiya mütəxəssisləri Azərbaycana ordunun silahlanmasında olan zirehli texnikanın təmiri üzrə obyektlərin tikintisində və müasirləşdirilməsində kömək edəcək.
"PostMedia" xəbər verir ki, Şuqayev bu sözləri bazar günü "Zvezda" televiziyasının efirində səsləndirib.
"Azərbaycan ordusunun silahlanmasında olan zirehli texnikanın təmiri üzrə obyektlərin müasirləşdirilməsini və tikintisini nəzərdə tutan bütöv bir proqram imzalanıb", — deyə o bildirib.
Xidmətin rəhbəri qeyd edib ki, Rusiya hazırda tərəfdaşlara yalnız hazır məhsul təklif etmir, həm də hərbi-texnoloji əməkdaşlıqda iştirak edir.
Şuqayev həmçinin "Pantsir-S1" zenit raket-top kompleksinə sifarişçilər arasında yüksək tələbat olduğunu vurğulayıb.