ABŞ-nin birinci xanımı Melaniya Tramp Oleşkidə humanitar məqsədlə elan edilmiş atəşkəsin uğurla başa çatdığını açıqlayıb.
"PostMedia" "Anadolu"ya istinadən xəbər verir ki, atəşkəs müddətində təxminən 800 nəfər təxliyə edilib.
Melaniya Tramp humanitar missiyanı "uğurlu" adlandırıb. O, atəşkəsin Rusiya ilə Ukrayna arasında davamlı sülhün təməli ola biləcəyinə ümid etdiyini bildirib.
Rusiyanın "TASS" agentliyi isə yazır ki, ABŞ-nin birinci xanımı Oleşkidəki missiyanı uğurlu hesab etdiyini deyib və Rusiyaya minnətdarlığını ifadə edib.
Foto: Anadolu Agency