6°C Bakı
1$ = 1.70₼
Dünya

Ukrayna Hava Qüvvələri hava həyəcanı tətbiqinin sındırıldığını bildirib

Ukrayna Hava Qüvvələri hava həyəcanı tətbiqinin sındırıldığını bildirib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Ukraynanın Hava Qüvvələri ölkə üzrə hava həyəcanı barədə xəbərdarlıq tətbiqinin ehtimal ki, hakerlər tərəfindən sındırıldığını bildirib.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, Hava Qüvvələri xəbərdarlıq edib: tətbiqdəki təhlükə bildirişləri artıq real vəziyyəti əks etdirmir.

Bildirilir ki, tətbiq ölkənin bütün ərazisində hava həyəcanı elan edib. İstifadəçilərə radiasiya təhlükəsi barədə yalan xəbərdarlıq da göndərilib.

Səlahiyyətlilər təhlükənin olmadığını açıqlayıb. Əhaliyə sakit qalmaq və məlumatı yalnız rəsmi kanallardan almaq tövsiyə olunub.

Şübhəli müdaxilə Rusiya ilə yerli atəşkəsin başa çatmasından bir neçə dəqiqə sonra baş verib.

Kiyev hadisədə Rusiyanı günahlandırır. Rusiyanın Fövqəladə Hallar Nazirliyi isə öz mobil tətbiqinin "kütləvi kiber hücuma" məruz qaldığını və bunun nəticəsində "yalan məlumat" yayıldığını bildirib.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30