6°C Bakı
1$ = 1.70₼
Hadisə

Rusiyada "Vasya Grek" haker qrupunun təşkilatçısı və üzvləri saxlanılıb

Rusiyada "Vasya Grek" haker qrupunun təşkilatçısı və üzvləri saxlanılıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Rusiyada "Vasya Grek" haker qrupunun təşkilatçısı və üzvləri saxlanılıb.

"PostMedia" Rusiya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin əməkdaşları "Kaspersky Lab" mütəxəssisləri ilə birlikdə qrupun fəaliyyətinin qarşısını alıb. Qrup Rusiyada və xaricdə şirkətlərə qarşı hədəfli fişinq hücumları təşkil edirdi.

Nazirliyin məlumatına görə, qrup üzvləri zərərli proqramları mühasibat sənədləri kimi təqdim edərək yayırdılar. Bu üsul onlara qurbanları aldatmağa və korporativ şəbəkələrə daxil olmağa imkan verirdi.

Axtarışlar zamanı Xüsusi Texniki Tədbirlər Bürosu və Kibercinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları şübhəlilərin kompüterlərini və rabitə vasitələrini götürüblər.

Oğurluq və zərərli proqramların yayılması maddələri üzrə cinayət işləri açılıb. Sxemin ehtimal olunan təşkilatçısı ev dustaqlığındadır. İki əlaltısı barəsində isə ölkədən getməmək və düzgün davranmaq haqqında öhdəlik tədbiri seçilib.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30