6°C Bakı
1$ = 1.70₼
XARİCİ XƏBƏRLƏR

Tramp: "Ya İran razılaşma əldə edəcək, ya da biz buna son qoyacağıq"

Tramp: "Ya İran razılaşma əldə edəcək, ya da biz buna son qoyacağıq"
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp İranla qarşıdurmanın tezliklə bu və ya digər yolla başa çatacağını bəyan edib.

"PostMedia" xəbər verir ki, Tramp bu sözləri "Right Side Broadcasting Network" (RSBN) kanalına müsahibəsində deyib.

"Biz artıq belə qələbə qazanmışıq və çox tezliklə hər şeyi bu və ya digər şəkildə yekunlaşdıracağıq. (...) Ya onlar razılaşma əldə edəcək, ya da biz buna sadəcə son qoyacağıq", — deyə Tramp bildirib.

Prezident bunun "ola bilsin, asan yol" olduğunu da əlavə edib.

Bazar günü İranın xarici işlər naziri Abbas Araqçi Tehranın Vaşinqtonun ağlabatan mövqe tutacağına və silahlı qarşıdurmanın bərpası əvəzinə diplomatiyanı seçəcəyinə ümid etdiyini deyib.

"Biz diplomatik səylər göstəririk və ümid edirik ki, qarşı tərəfin yanaşması rasional olacaq və o, digər variantlar yerinə diplomatiyanı seçəcək", — deyə nazir bildirib.

Araqçi eyni zamanda İran ordusunun döyüş əməliyyatlarının yenidən başlaması ehtimalına hazırlaşdığını vurğulayıb.

Şənbə günü isə ABŞ-nin dövlət katibi Marko Rubio Trampın İranla fikir ayrılıqlarının döyüş meydanında deyil, danışıqlar masasında həllinə üstünlük verəcəyini bildirib. "Prezident Tramp məsələnin həlli üçün diplomatik variantı üstün tutur", — deyə Rubio Atlantada keçirdiyi mətbuat konfransında söyləyib.

Dövlət katibi həmçinin hesab edir ki, Amerikanın silahlı qüvvələri zərurət yarandıqda İran problemini güc yolu ilə həll etmək üçün kifayət qədər güclüdür.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30