"Claude" süni intellekt modelinin yaradıcısı "Anthropic" şirkətinin üçüncü rüb üzrə gəliri təxminən 17 milyard dollar təşkil edib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, şirkətin rüblük gəliri 12 dəfə artıb, xalis zərəri isə 23,3 milyard dollar olub.
"Anthropic" "Nasdaq" birjasında səhmlərini təklif etməyə hazırlaşır. Bu, "SpaceX"in 86,2 milyard dollarlıq bazar debütü ilə müqayisə oluna biləcək listinq hesab edilir.
Şirkət keçən həftə S-1 prospektini açıqlamışdı. İlkin sənəddə yalnız ilin birinci yarısı üzrə maliyyə göstəriciləri yer alırdı.
Yenilənmiş S-1 sənədində isə üçüncü rüb üzrə nəticələr əks olunub. Orada həmçinin şirkətin satınalma öhdəliklərinin həcminin 895,4 milyard dollar olduğu bildirilir.
Foto: Anadolu Agency