ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehranın razılaşmaya gələ biləcəyinə əmin olduğunu bildirib.
"PostMedia" TASS-a istinadən xəbər verir ki, Tramp qeyd edib: belə razılaşma Yaxın Şərqdə hərbi əməliyyatlara son qoymağa imkan verəcək.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü isə bildirib ki, Qətərin vasitəçiliyi ilə Vaşinqtonla aparılan danışıqlarda irəliləyiş var. Onun sözlərinə görə, İranın tələbləri yerinə yetirilərsə, Hörmüz boğazı iki gün ərzində yenidən açıla bilər.
Tehran həmçinin bəyan edib ki, razılaşmanın əldə olunması üçün növbəti addım ABŞ-nin üzərinə düşür. Vasitəçilər atəşkəsin bərpasının qarşısını almaq məqsədilə danışıqları ardıcıl üçüncü gün davam etdirib.