6°C Bakı
1$ = 1.70₼
Dünya

Rusiyanın 33 regionunda FHN tətbiqi vasitəsilə saxta nüvə xəbərdarlığı yayılıb

Rusiyanın 33 regionunda FHN tətbiqi vasitəsilə saxta nüvə xəbərdarlığı yayılıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Noyabrın 2-də Moskva vaxtı ilə səhər saat 3 radələrində Rusiyanın 33 regionunun sakinlərinin telefonlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi mobil tətbiqindən nüvə hücumu barədə saxta bildiriş gəlib.

"PostMedia" xəbər verir ki, FHN-in rəsmi mobil tətbiqindən göndərilən bildirişdə ölkənin bütün regionlarına nüvə başlıqlarının buraxıldığı bildirilib, sakinlərə üç həftəlik ərzaq ehtiyatı toplamaq və zirzəmilərdə gizlənmək tövsiyə edilib. Mətndə kobud ifadələr də işlədilib.

Daha sonra həmin mesaj regional idarələrin "Max" messencerindəki kanallarında da görünüb. Bunların arasında Sankt-Peterburq, Belqorod, Moskva, Nijni Novqorod, Sverdlovsk, Tümen, Tula və Çelyabinsk vilayətləri, Perm və Stavropol diyarları, Başqırdıstan və digər regionlar var. Mesaj həmçinin Belqorod vilayəti əməliyyat qərargahının "Telegram" kanalında yayılıb.

Mesajlar demək olar ki, dərhal silinib. Yarım saat sonra Fövqəladə Hallar Nazirliyinin rəsmi resurslarında tətbiqin kütləvi kiberhücuma məruz qaldığı, nəticədə hücumçuların əhaliyə saxta məlumat göndərə bildiyi bildirilib.

Saat 5-ə yaxın nazirlik vəziyyətin nəzarətdə olduğunu açıqlayıb. Mütəxəssislərin mobil tətbiqin normal iş rejiminin bərpası üçün bütün zəruri tədbirləri gördüyü qeyd edilib.

"Mobil tətbiqin sındırılması əhalinin xəbərdar edilməsi sisteminin işinə təsir göstərməyib və göstərə də bilməz. Vətəndaşlara xəbərdarlıq əsas kanallar vasitəsilə çatdırılır: regional və bələdiyyə xəbərdarlıq sistemləri (sirenlər, qurğular), rabitə şəbəkələri (SMS), eləcə də televiziya və radio. Mobil tətbiq yalnız əlavə köməkçi məlumatlandırma xidmətidir", — deyə nazirlik bildirib.

Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30