6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İKT

Harvard Universitetinə kiberhücumda 850 500 hesabın məlumatları sızıb

Harvard Universitetinə kiberhücumda 850 500 hesabın məlumatları sızıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Universitetin məzunlarla əlaqə və ianə toplama sistemlərinə hücum nəticəsində şəxsi məlumatlar ələ keçirilib. Sızdırılmış məlumatları “Have I Been Pwned” xidməti təhlil edib.

2025-ci ilin noyabrında "Harvard Universiteti"nin məzunlarla əlaqə və ianə toplama sistemlərinə kiberhücum nəticəsində 850 500 hesaba aid məlumatlar sızıb.

Bu barədə “PostMedia” "BleepingComputer"ə istinadən xəbər verir.

Məlumat sızmalarını izləyən "Have I Been Pwned" xidmətinin təhlilinə görə, sızdırılmış məlumatlarda universitetin məzunlar və ianə toplama sistemləri ilə əlaqəli 851 min unikal elektron poçt ünvanı olub. Bazada adlar, doğum tarixləri, telefon nömrələri, fiziki ünvanlar və sosial şəbəkə profilləri də yer alıb.

Universitet hücumu 2025-ci il noyabrın 18-də aşkar edib. Hücumçular tələbələrin, məzunların, ianəçilərin, əməkdaşların və müəllim heyətinin məlumatlarına çıxış əldə ediblər. Bu məlumatlara tədbirlərdə iştirak qeydləri, ianələr haqqında təfərrüatlar və universitetin ianə toplama fəaliyyəti ilə bağlı bioqrafik məlumatlar da daxildir.

Universitetin informasiya texnologiyaları üzrə rəhbəri Klara Jelinkova bildirib ki, hücuma məruz qalan sistemlərdə sosial sığorta nömrələri, şifrələr, ödəniş kartları və maliyyə məlumatları saxlanılmayıb.

Universitet hücumu konkret qrupla əlaqələndirməsə də, məsuliyyəti "ShinyHunters" qruplaşması üzərinə götürüb. Qruplaşma bir milyondan çox qeyd oğurladığını iddia edib. Universitet oğurlanmış məlumatların qaytarılması və silinməsi üçün tələb olunan məbləği ödəmədikdən sonra qruplaşma fevralın əvvəlində 1,1 giqabaytlıq sənəd arxivini yayıb.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30