Ermənistan Baş nazirinin aparatının rəhbəri Lilit Makunts Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə qaldırılmış iddiaların geri götürülməsinin mümkünlüyünü istisna etmədiyini bildirib.
"PostMedia" Ermənistan Baş nazirinin aparatıa istinadən xəbər verir ki, Makunts bunun yalnız hər iki ölkə yekun sülh sazişini imzalayacağı təqdirdə mümkün olacağını vurğulayıb.
Beləliklə, rəsmi İrəvan iddiaların geri çağırılması məsələsini Ermənistan ilə Azərbaycan arasında yekun sülh sazişinin imzalanması şərtinə bağlayır.