Rusiya ilə Ukrayna arasında ABŞ-nin vasitəçiliyi ilə danışıqlar noyabrın 10-11-də Abu-Dabidə keçiriləcək.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff məlumat verib.
"Axios"un məlumatına görə, Amerika nümayəndə heyətinə Uitkoff və Cared Kuşner başçılıq edəcək.
Uitkoffun sözlərinə görə, ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşdə müharibədən sonrakı təhlükəsizlik quruluşu, eskalasiyanın azaldılması, humanitar səylər və sülhə doğru növbəti addımlar müzakirə olunacaq.
Digər xəbər: "The Wall Street Journal"ın yazdığına görə, ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında yerləşən İranın Qeşm adasına zərbə endirib. Nəşrin mənbələri əməliyyatı müdafiə xarakterli addım adlandırıb.
"Fox News"un məlumatına görə, zərbə Amerika uçuş aparatının atəşə tutulmasına cavab olaraq endirilib. Telekanal bildirir ki, bu addım ABŞ-nin İrana qarşı mütəmadi hərbi zərbələrinin bərpası və ya yeni eskalasiyanın başlanğıcı demək deyil.