ABŞ Prezidenti Donald Tramp İranın münaqişənin dayandırılması barədə razılaşmaq istədiyini bir daha bəyan edib və bunun baş verə biləcəyini istisna etməyib.
"PostMedia" xəbər verir ki, Tramp bu fikirləri "Truth Social" sosial şəbəkəsindəki yazısında səsləndirib.
"İran məsələnin həllinə nail olmaq istəyir, həm də mümkün qədər tez. Və bu baş verə bilər", — deyə ABŞ lideri yazıb.
Trampın sözlərinə görə, neftin qiyməti kəskin ucuzlaşır. O bunu insanların İranla müharibənin olmayacağını hiss etməsi ilə izah edib.
Son günlər İranın rəsmi şəxsləri Hörmüz boğazının açılmasına yalnız Vaşinqton güzəştə getsə razı ola biləcəklərini bildiriblər. Tehran, xüsusilə, ABŞ Hərbi Dəniz Qüvvələrinin İrana qarşı həyata keçirdiyi dəniz blokadasının dayandırılmasını tələb edir.