Çinin Şandun əyalətinin Taan şəhərində noyabrın 2-də keçirilən "CMG World Robot Mount Tai Challenge" yarışında 90-a yaxın komanda iştirak edib.
"PostMedia" xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Yarışda humanoid, dördayaqlı və ekzoskelet robotlar qədim dağ cığırının 3,9 kilometrlik hissəsini qət etməli olub. Marşrut 3100 daş pilləkəndən ibarət olub, yüksəklik isə 600 metr artıb. Yolda dik yamaclar, uzun pilləkənlər və kəskin döngələr olub.
Tamaşaçıların izlədiyi yarışda robotlar dağa qalxıb, onların bir neçəsi finiş xəttinə çatıb.
Çinin ən tanınmış dağ marşrutlarından biri robotlar üçün sınaq meydançasına çevrilib. Qeyri-bərabər daş pilləkənlər və dik yoxuşlar maşınların tarazlığı saxlamaq və çətin relyefdə hərəkət etmək bacarığını yoxlayıb. Bəzi dördayaqlı robotlar yol boyu qida ehtiyatları da daşıyıb.
Tədbirdə komandalar robototexnika sahəsində son tədqiqat və mühəndislik nailiyyətlərini nümayiş etdirib.