Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkəti Hörmüz boğazını yan keçən neft kəmərinin gücünü artırmaq üzərində işləyir.
"PostMedia" TASS-a istinadən xəbər verir ki, şirkətin rəhbəri Amin Nasser əsas tələbat mərkəzlərində və ixrac marşrutları boyunca neft saxlama gücünün də artırıldığını bildirib.
Söhbət "Şərq - Qərb" boru kəmərindən gedir. Kəmər Səudiyyə Ərəbistanının Şərq vilayətindəki neft yataqlarını Qırmızı dənizin sahilində yerləşən Yanbu limanı ilə birləşdirir.
Xəbərdə qeyd olunur ki, "Saudi Aramco"nun Hörmüz boğazını yan keçən bu kəmərə çəkdiyi xərclər 15 gün ərzində özünü doğruldub.