Azərbaycan Respublikası diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamənin 1.3-cü bəndində dəyişiklik edilib.
"PostMedia" xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Dəyişiklik Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə aiddir. Qərar Prezidentin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının 10-cu hissəsinə əsasən qəbul edilib. Həmin fərmanla Səfirlik, Daimi Nümayəndəlik, Konsulluq və fəxri konsul haqqında əsasnamələr təsdiq olunub.
Əsasnamənin 1.3-cü bəndinin birinci cümləsində "qanunvericiliyinə" sözü "və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının normativ hüquqi aktlarına" sözləri ilə əvəz olunub.
Həmin bəndin ikinci cümləsində isə "gerbinin" sözündən sonra "qabarıq" sözü əlavə edilib.