İspaniyanın "Tenerife" klubunun 30 yaşlı hücumçusu Xesus de Migel çempionat oyunu zamanı qapıçı ilə toqquşmadan sonra vəfat edib.
"PostMedia" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, futbolçu İspaniya çempionatının ikinci divizionunda "Andorra" ilə oyun zamanı rəqib komandanın qapıçısı ilə toqquşandan sonra xəstəxanaya yerləşdirilib.
Hadisə bazar ertəsi "Tenerife"nin ev stadionunda, matçın son dəqiqələrində baş verib. De Migel meydanın ortasında topa mübarizə aparırkən "Andorra"nın qapıçısı Xesus Ouononun zərbəsini sinəsinə alıb. Futbolçunun vəfatını klub təsdiqləyib.
Oyunçunun ölümü ilə əlaqədar İspaniya Kubokunun matçları da təxirə salınıb.
Xesus de Migel "Tenerife"nin hücumçusu idi və 30 yaşı vardı.