6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Gəncədə vergi müfəttişinə rüşvət ittihamı elan edilib

Gəncədə vergi müfəttişinə rüşvət ittihamı elan edilib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin dövlət vergi müfəttişi Rüfət Alıyevə sahibkardan rüşvət almaqda ittiham elan edilib.

"PostMedia" xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb.

Dövlət Vergi Xidmətindən daxil olan məlumatlar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-axtarış tədbiri keçirilib. Tədbirin nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, Xidmətin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin müfəttişi Rüfət Alıyev 2026-cı ilin sentyabrında Gəncə şəhərində fəaliyyət göstərən sahibkarın vergi yoxlaması zamanı rüşvət alıb. Ona qarşı daha az miqdarda maliyyə sanksiyası tətbiq edilməsi müqabilində rüşvət almasına əsaslı şübhələr var.

Toplanmış sübutlar əsasında Rüfət Alıyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməllərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirdiyini bildirib.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30