Rusiya Prezidenti Vladimir Putin gələn ay Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə səfər edəcək. Moskva Rusiya liderinin Çin Prezidenti Si Cinpinlə növbəti görüşünü gözləyir.
"PostMedia" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Cənab Si Cinpinlə növbəti söhbəti səbirsizliklə gözləyirik”, — deyə Lavrov Çinin xarici işlər naziri Van İ ilə görüşündə bildirib.
Rusiyalı nazirin sözlərinə görə, iki ölkənin liderləri müntəzəm əlaqə saxlayır, ikitərəfli tərəfdaşlığın və strateji əməkdaşlığın inkişafına nəzarət edirlər.
Bu il Putin və Si Cinpin iki dəfə görüşüblər: Rusiya prezidentinin Çinə rəsmi səfəri zamanı və Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində.
Lavrov beynəlxalq vəziyyətin, o cümlədən Yaxın Şərqdə və digər regionlarda vəziyyətin mürəkkəb olaraq qaldığını da qeyd edib. Onun sözlərinə görə, Van İ ilə danışıqlar Moskva və Pekinin iki ölkə liderlərinin müəyyən etdiyi vəzifələrin yerinə yetirilməsi istiqamətində atacağı növbəti addımları müzakirə etmək imkanı yaradır.