6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Ağ Evin yeni mətbuat katibi tezliklə vəzifəsindən azad edilə bilər - CNN

Ağ Evin yeni mətbuat katibi tezliklə vəzifəsindən azad edilə bilər - CNN
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Ağ Evin bir sıra rəsmiləri Keti Zaxarianın mətbuat katibi vəzifəsində nə qədər qala biləcəyini şübhə altına alıblar.
"PostMeda"nın məlumatına görə, Zaxarianın fəaliyyəti ABŞ Prezidenti Donald Trampı çətin ki, qane etsin.
Bir neçə müşavir və rəsmi şəxs CNN-ə onun ilk brifinqi barədə mənfi fikirlər bildirib. Təxminən 15 dəqiqə davam edən brifinqin böyük hissəsi Zaxarianın giriş nitqinə həsr olunub. O, çıxışında Trampın nailiyyətlərini tərifləyib.
Mətbuat katibi sual vermək üçün cəmi üç jurnalistə imkan yaradıb və bundan sonra brifinq başa çatıb.
CNN-in məlumatına görə, Ağ Evdəki bəzi rəsmilər bu çıxışın Zaxarianın gələcək fəaliyyəti və vəzifədə qalması ilə bağlı suallar doğurduğunu düşünürlər.
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30