6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Mirzoyan: “Sabah Ermənistan–Türkiyə sərhədinin açılması xəbərini eşidə bilərik”

14-oktyabr-2026, 11:24
Mirzoyan: “Sabah Ermənistan–Türkiyə sərhədinin açılması xəbərini eşidə bilərik”
Yazı Ölçüsü:

“Biz Türkiyə ilə münasibətləri normallaşdırırıq. Sərhəd hələ də bağlıdır, lakin düşünürəm ki, proses artıq xeyli yetkinləşib və tamamilə mümkündür ki, sabah səhər oyanıb xəbərlərdə ‘Ermənistan–Türkiyə sərhədi açıqdır’ başlığını görək”.

"PostMedia" xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 13-də Varşava Təhlükəsizlik Forumunda çıxış edərək Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinin xeyli irəlilədiyini bildirib.

Nazir Ermənistanla Azərbaycan arasında sülhün əldə olunduğunu, ikitərəfli ticarətin başladığını və regional nəqliyyat kommunikasiyalarının açılması istiqamətində işlərin davam etdiyini də qeyd edib. Bununla belə, həllini gözləyən bəzi məsələlərin qaldığını vurğulayıb.

Mirzoyan Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin görünməmiş dərəcədə dərinləşdiyini, əməkdaşlığın təhlükəsizlik, iqtisadiyyat, ticarət və xarici siyasət sahələrini əhatə etdiyini bildirib. Onun sözlərinə görə, Ermənistanın Aİ-yə üzvlüyünün son məqsədi hələ dəqiq müəyyənləşməyib.

Nazir həmçinin ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda maraqlarının üst-üstə düşdüyünü və regionda nəqliyyat əlaqələrinin açılması istiqamətində əməkdaşlıq etdiklərini qeyd edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031