6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

İsrail ABŞ-dən 12 ədəd "Apache" hücum helikopterlərinin ən yeni modifikasiyasından alacaq

14-oktyabr-2026, 11:24
İsrail ABŞ-dən 12 ədəd "Apache" hücum helikopterlərinin ən yeni modifikasiyasından alacaq
Yazı Ölçüsü:
İsrail ABŞ ilə Hərbi Hava Qüvvələri üçün 12 ədəd "AH-64E Apache" hücum helikopterinin alınmasına dair müqavilə imzalayıb.
"PostMedia" xəbər verir ki, bu barədə "The Times of Israel" İsrail Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Müqavilə imzalanmazdan əvvəl İsrail hökuməti Müdafiə Nazirliyinə hərbi texnikanın alınması üçün 1 milyard şekel ayrılmasını təsdiqləyib. ABŞ-nin "Boeing" şirkəti tərəfindən istehsal olunan helikopterlərin tədarükünə 2030-cu illərin əvvəllərində başlanılması nəzərdə tutulur.
Nazirliyin məlumatına görə, İsrail "Apache" helikopterlərinin ən yeni və təkmilləşdirilmiş versiyası olan AH-64E Echo modifikasiyasını əldə edəcək.
İsrailin müdafiə naziri İsrael Kats bu satınalmanı “İsrail Müdafiə Ordusunun döyüş potensialının artırılması istiqamətində mühüm addım” adlandırıb.
Onun sözlərinə görə, yeni helikopterlər İsrail silahlı qüvvələrinin müxtəlif təhdidlərə qarşı əməliyyat imkanlarını gücləndirəcək və qarşıdakı illərdə ölkənin təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.
Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin nümayəndələri Apache helikopterlərinin alınması barədə qərarın 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu və bundan sonra Qəzza zolağında başlayan hərbi əməliyyatlar nəzərə alınaraq qəbul edildiyini bildirmişdilər.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031