Amerikalı müğənni və aktrisa Cennifer Lopes əkizlərinin təhsil almaq üçün evdən ayrılmasının onda güclü emosional təsir yaratdığını deyib.
"PostMedia" xəbər verir ki, Lopes bu fikirləri "Variety" jurnalına müsahibəsində səsləndirib.
Ulduzun sözlərinə görə, övladlarından ayrılmaq hissi ilə başa çıxmaqda ona musiqi kömək edib. O, bu prosesi bir növ təmizlənmə kimi xarakterizə edib.
"Uşaqlar uzun müddət zehninizdə çox böyük yer tutur. Getdikdə isə tamamilə fərqli həyatla üz-üzə qalırsınız. Bu çox dağıdıcı, kədərli və qorxuducu haldır. İndi bu boşluqla nə edəcəyinizi özünüzdən soruşursunuz", — deyə Lopes bildirib.
Müğənni bu emosional gərginliklə mübarizə aparmaq üçün işə sarıldığını da qeyd edib: "Mən də studiyaya qayıtdım". O əlavə edib ki, bu hadisəni dağıdıcı yaşantıdan çıxarıb həyatında dönüş nöqtəsinə və onu xoşbəxt edəcək xatirəyə çevirmək istəyib.
Studiyada ərsəyə gələn mahnı "Proof of Love" adlanır. O, Lopesin 2011-ci ildə çıxan "Love?" albomunun vinil nəşrinə bonus trek kimi daxil ediləcək.
Lopes müsahibədə həmçinin övladlarına həmişə yaxşı qiymət almağın yox, yaxşı insan olmağın daha önəmli olduğunu xatırlatdığını söyləyib.