Türkiyənin naziri Yumaklı bildirib ki, Ankara və Bakı Türkiyə-Azərbaycan əlaqələrini daha da dərinləşdirməkdə qərarlıdır.
"PostMedia" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, Türkiyənin dövlət qurumları və şirkətləri işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə töhfə verməyi davam etdirir.
Nazirin sözlərinə görə, Ankara və Bakı "Bir millət, iki dövlət" prinsipinə sadiq qalır.