Azərbaycan 14 İran vətəndaşının ölkəyə girişinə qadağa qoyub.
"PostMedia" TASS-a istinadən xəbər verir ki, qadağa KİV-də və sosial şəbəkələrdə Bakıya qarşı çağırışlarla çıxış edən və düşmənçiliyi qızışdıran şəxslərə şamil olunur.
Mənbə məlumatında qərarın qəbul olunma tarixi, qadağa qoyulan şəxslərin adları və qərarı verən qurum göstərilmir.