Kriptovalyuta birjası "Binance" keçən həftə məruz qaldığı kiberhücumun tək təhlükəsizlik pozuntusu və ya sadə fişinq cəhdi deyil, çoxmərhələli və mürəkkəb kampaniya olduğunu açıqlayıb.
"PostMedia" "Anadolu Agentliyi"nə və digər xarici KİV-lərə istinadən xəbər verir ki, birja araşdırmanın ilkin nəticələrini çərşənbə axşamı açıqlayıb.
Birjanın məlumatına görə, dünyanın ən böyük kriptovalyuta birjasından 6,43 milyard dollar dəyərində aktivin oğurlanması bu mürəkkəb kampaniyanın yekunu olub.
Kampaniyada dəyişdirilmiş "Homebrew" quraşdırmasından və işə qəbul mövzusunda sosial mühəndislik üsullarından istifadə edilib. Məlumata görə, hücumçular saxta iş müsahibələri vasitəsilə zərərli proqram yükləyiblər.
Hücumun hazırlığına isə 2026-cı ilin iyunundan start verildiyi bildirilir.