6°C Bakı
1$ = 1.70₼
XARİCİ XƏBƏRLƏR

İranın kimyəvi silahı ilə bağlı İsrail iddiaları ABŞ rəsmiləri arasında fikir ayrılığı yaradıb

İranın kimyəvi silahı ilə bağlı İsrail iddiaları ABŞ rəsmiləri arasında fikir ayrılığı yaradıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

İsrailin İranın kimyəvi silahdan istifadə ehtimalı ilə bağlı iddiaları ABŞ rəsmiləri arasında fikir ayrılığına səbəb olub.

"PostMedia" "The New York Times"a istinadən xəbər verir ki, İsrail ABŞ-yə İranın kimyəvi silahdan öz əleyhdarlarına qarşı istifadə imkanını araşdırdığı barədə kəşfiyyat məlumatı ötürüb.

Nəşrin ABŞ və region ölkələrinin rəsmilərinə istinadən yazdığına görə, ABŞ rəsmilərinin bir qismi bu iddiaları Binyamin Netanyahu hökumətinin Donald Tramp administrasiyasını İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə razı salmaq cəhdi kimi qiymətləndirir.

İsrailin təqdim etdiyi məlumatların təfərrüatı və İranın bu iddialara münasibəti mənbədə açıqlanmayıb.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30