6°C Bakı
1$ = 1.70₼
Cəmiyyət

Ədliyyə Nazirliyi bələdiyyələrə qanunsuz ödəniş tələblərinə inanmamağı tövsiyə edib

Ədliyyə Nazirliyi bələdiyyələrə qanunsuz ödəniş tələblərinə inanmamağı tövsiyə edib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Son dövrlərdə özlərini Ədliyyə Nazirliyinin struktur qurumlarının əməkdaşı kimi təqdim edən şəxslərin bələdiyyə üzvlərinə zəng edərək müxtəlif adlar altında ödəniş tələb etməsi halları qeydə alınıb.

"PostMedia" xəbər verir ki, Ədliyyə Nazirliyinin mətbuat xidməti bələdiyyələrlə bağlı fəaliyyətin onların işinin təşkilinə kömək etmək, metodoloji yardım göstərmək və inzibati nəzarəti həyata keçirməkdən ibarət olduğunu bildirib.

Bu sahədə fəaliyyətlə bağlı nazirliyə dövlət rüsumunun və ya hər hansı digər adda vəsaitin ödənilməsi nəzərdə tutulmayıb. Bələdiyyələrə belə tələblər də irəli sürülmür.

"Bələdiyyələrin vəzifəli şəxslərinə diqqətli olmaq, şübhəli zənglərə və mesajlara, eləcə də digər üsulla irəli sürülən bu cür qanunsuz ödəniş tələblərinə inanmamaq tövsiyə olunur", — deyə məlumatda bildirilib.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30