Avro zonasında illik inflyasiya oktyabrda 4 %-ə çatıb.
"PostMedia" Eurostat-a istinadən xəbər verir ki, göstəricinin artmasında enerji bahalaşması əsas rol oynayıb: enerji xərcləri illik əsasda 20,8 % artıb.
Baza inflyasiya isə dəyişməyib və 2,5 % səviyyəsində sabit qalıb.
Qeydə alınan 4 % göstəricisi 2023-cü ildən bəri ən yüksək rəqəmdir.