6°C Bakı
1$ = 1.70₼
XARİCİ XƏBƏRLƏR

Rusiya: “Azərbaycana humanitar minatəmizləmədə dəstək verməyə hazırıq”

Rusiya: “Azərbaycana humanitar minatəmizləmədə dəstək verməyə hazırıq”
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Rusiya Fövqəladə Hallar Nazirliyi Azərbaycana humanitar minatəmizləmə sahəsində dəstək verməyə hazır olduğunu bəyan edib.

"PostMedia" xəbər verir ki, bu sözləri Rusiya Fövqəladə Hallar naziri Aleksandr Kurenkov Bakıda Azərbaycanın Fövqəladə Hallar naziri Kamaləddin Heydərovla görüşdə deyib.

"Profil üzrə geniş məsələlər sırasında humanitar minatəmizləmə sahəsindəki vəzifələrə xüsusi diqqət yetirməyi davam etdirəcəyik. Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Azərbaycan tərəfinin təşkil etdiyi bu mövzulu konfranslarda mütəmadi iştirak edirlər. Bununla bağlı nazirliyin bu istiqamətdə əməkdaşlığı davam etdirməyə, müvafiq sorğular daxil olarsa, Azərbaycan mütəxəssislərinə lazımi dəstək verməyə hazır olduğunu təsdiqləyirəm", — deyə Kurenkov bildirib.

Rusiya nazirinin sözlərinə görə, iki ölkənin qurumları arasında əməkdaşlıq dostluq, qonşuluq və maraqlara qarşılıqlı hörmət prinsipləri üzərində qurulub. "Birgə fəaliyyət illərində biz bu prinsiplərə sadiqliyimizi və Rusiya ilə Azərbaycanın xilasetmə xidmətlərinin potensialını inkişaf etdirmək əzmində olduğumuzu dəfələrlə sübut etmişik", — deyə o əlavə edib.

Görüşdə əməkdaşlığın aktual məsələləri və qarşılıqlı fəaliyyətin gələcək istiqamətləri müzakirə olunub. Nəticədə tərəflər konstruktiv dialoqu davam etdirməyə və praktiki əməkdaşlığı möhkəmləndirməyə hazır olduqlarını təsdiqləyiblər.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30