6°C Bakı
1$ = 1.70₼
XARİCİ XƏBƏRLƏR

İlham Əliyev Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunub

İlham Əliyev Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunub
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət edib.

"PostMedia" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan G20-nin üzvü olmasa da, ölkə başçısının ABŞ dövlət başçısının şəxsi dəvəti ilə dünyanın aparıcı iqtisadiyyatlarının liderlərini toplayan tədbirə çağırılması Azərbaycanın beynəlxalq siyasi çəkisinin artdığını göstərir.

G20 qlobal iqtisadiyyat, maliyyə sabitliyi, enerji təhlükəsizliyi, beynəlxalq ticarət və geosiyasi məsələlərin müzakirə olunduğu əsas platformalardan sayılır. AZƏRTAC yazır ki, bu formata üzv olmayan ölkənin dövlət başçısının dəvət edilməsi həmin ölkənin beynəlxalq proseslərdəki roluna verilən siyasi qiymət kimi dəyərləndirilə bilər.

Yazıda Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat-logistika körpüsü rolu xüsusi qeyd olunur. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında iştirak, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər enerji layihələri ölkənin etibarlı tərəfdaş mövqeyini gücləndirən amillər kimi göstərilir.

Dəvət Azərbaycan-ABŞ münasibətlərinin son dövrdəki dinamikası kontekstində də qiymətləndirilir. Ötən il avqustun 8-də Vaşinqtonda İlham Əliyev və Donald Tramp arasında görüş keçirilib, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupu yaradılıb. Bu il avqustun 8-də isə iki prezident telefonla danışıb, münasibətlərin strateji xarakter aldığı vurğulanıb. İlham Əliyev G20-yə dəvətə görə Trampa təşəkkür edib və bunu ABŞ-nin Azərbaycana dostluq münasibətinin təzahürü kimi qiymətləndirib.

AZƏRTAC-ın qeydinə görə, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi üzrə əldə edilən razılaşmalar, eləcə də TRIPP layihəsi regionun nəqliyyat və logistika xəritəsindəki mövqeyini gücləndirmək potensialına malikdir. Sammitdə iştirak İlham Əliyevə bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini aparıcı dövlətlərin rəhbərlərinə çatdırmaq üçün əlavə imkan verəcək.

Yazıda həmçinin bildirilir ki, sammit çərçivəsində ABŞ və digər aparıcı iqtisadiyyatların nümayəndələri ilə görüşlər, investisiya əməkdaşlığının genişləndirilməsi, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və sənaye sahələrində yeni tərəfdaşlıqlar mümkün ola bilər. Lakin siyasi imkanların real iqtisadi nəticələrə çevrilməsi sammitdə aparılacaq danışıqlardan və sonrakı diplomatik təmaslardan asılı olacaq.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30