Britaniyanın Baş naziri Endi Börnhem ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrini İranla münaqişəni sona çatdırmaq və həyat bahalığı böhranını yumşaltmaq üçün imkan kimi qiymətləndirib.
"PostMedia" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, Börnhem ABŞ Prezidenti Donald Trampın seçki nəticələrini qəbul etməsini alqışlayıb.
Britaniya hökumətinin başçısı Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb. O, həmçinin Hörmüz boğazının yenidən açılmasının vacibliyini vurğulayıb.
Aralıq seçkilər ABŞ Konqresinə nəzarəti müəyyən edir. Nəticələr Vaşinqtonun həm daxili siyasətinə, həm də xarici siyasət istiqamətlərinə təsir göstərə bilər.