6°C Bakı
1$ = 1.70₼
MALİYYƏ-BİZNES

Özbəkistan Mərkəzi Bankı əsas faiz dərəcəsini 14 % səviyyəsində saxlayıb

Özbəkistan Mərkəzi Bankı əsas faiz dərəcəsini 14 % səviyyəsində saxlayıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Özbəkistan Mərkəzi Bankının İdarə Heyəti əsas faiz dərəcəsini illik 14 % səviyyəsində saxlamaq qərarına gəlib.

"PostMedia" Özbəkistan Mərkəzi Bankının mətbuat xidmətinə istinadən xəbər verir ki, tənzimləyici qurum inflyasiya gözləntilərinin azaldığını və qiymət artımı tempinin nisbətən sabitləşdiyini qeyd edib. Lakin yüksək daxili tələb və xarici konyunkturla bağlı davamlı inflyasiya riskləri sərt monetar siyasətin saxlanmasını tələb edir.

Sentyabrın yekunlarına görə Özbəkistanda inflyasiya illik ifadədə 6,4 % təşkil edib. Göstərici avqustla müqayisədə meyvə-tərəvəz, yanacaq və bəzi xidmətlərin bahalaşması hesabına cüzi artıb. İl ərzində qiyməti 5 %-dən çox artan mal və xidmətlərin payının çoxalması inflyasiya təzyiqinin davam etdiyini göstərir.

Eyni zamanda əhalinin və sahibkarların inflyasiya gözləntiləri azalmaqda davam edir. Sentyabrda əhali növbəti 12 ayda qiymətlərin 8,7 %, biznes isə 9,2 % artacağını gözləyib.

"Qida məhsullarının dünya qiymətlərinin yüksək volatilliyi və enerji daşıyıcılarının qiymətləri ilə bağlı risklər xarici inflyasiya təzyiqini gücləndirir. Onların idxal kanalı, istehsal və nəqliyyat xərcləri vasitəsilə daxili qiymətlərə təsiri Özbəkistanda inflyasiyanın sonrakı azalmasını yavaşlada bilər", — deyə Mərkəzi Bank bildirib.

Tənzimləyici qurumun məlumatına görə, 9 ayda ÜDM-in artımı 8,3 % olub. Artımın əsas hərəkətverici qüvvəsi sənaye, tikinti və xidmət sahəsi sayılır.

Mərkəzi Bank yaxın aylarda investisiya fəallığı və əhalinin real gəlirlərinin artması hesabına daxili tələbin qalacağını gözləyir. Bu amillərə görə ÜDM artımı proqnozu yuxarı istiqamətdə yenilənib: il yekunu üzrə 8 % artım gözlənilir, əvvəlki proqnoz isə 7,5–8 % idi.

Mərkəzi Bank 2026-cı il üzrə inflyasiya proqnozunu da 6,5 %-dən təxminən 7 %-ə qədər artırıb. Bunun səbəbləri yüksək daxili tələb, dünya bazarlarında enerji daşıyıcılarının bahalaşması riski və bəzi tənzimlənən qiymətlərin planlı şəkildə artırılmasıdır.

"Pul bazarının faiz dərəcələri əsas dərəcənin yaxınlığında formalaşır. Əmanətlər və kreditlər üzrə müsbət real faiz dərəcələrinin saxlanması yığımların cəlbediciliyini dəstəkləyir və məcmu tələbin istehsal potensialı ilə tarazlaşmasına kömək edir", — deyə Mərkəzi Bank vurğulayıb.

Mərkəzi Bankın sədr müavini Nodirbek Açilovun sözlərinə görə, noyabrın 4-də keçirilən İdarə Heyətinin iclasında əsas dərəcə üzrə iki variant müzakirə olunub: 14 % səviyyəsində saxlamaq və ya 13,5 %-ə endirmək. İkinci variantın lehinə arqumentlər inflyasiya gözləntilərinin azalması və baza inflyasiyasının sabitləşməsi olub. Lakin Açilov bildirib ki, dərəcənin endirilməsi məsələsi əlavə müzakirə tələb edir.

Mərkəzi Bank İdarə Heyətinin əsas dərəcə üzrə növbəti iclası dekabrın 16-na təyin olunub. 14 % səviyyəsi ötən il martın 24-dən qüvvədədir, həmin vaxt dərəcə 13,5 %-dən artırılmışdı.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30